​Dünya bazarında neft 8%-ə qədər bahalaşıb

​Dünya bazarında neft 8%-ə qədər bahalaşıb Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır
Energetika
235
31 Yanvar , 2015 09:19
​Dünya bazarında neft 8%-ə qədər bahalaşıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 7,69% yaxud 3,71 dollar artaraq 48,24 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə edilib. Belə ki, "Brent"in bir barelinin qiyməti 7,28% və ya 3,86 dollar bahalaşaraq 52,99 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi