​Dünya bazarında "Brent" markalı neft bahalaşıb

​Dünya bazarında "Brent" markalı neft bahalaşıb WTI markalı neftin qiyməti isə 48 dollar/barelə düşüb
Energetika
12 Mart , 2015 09:22
​Dünya bazarında Brent markalı neft bahalaşıb

Bakı. 12 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,25% yaxud 0,12 dollar ucuzlaşaraq 48,17 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə artım müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,00% və ya 1,15 dollar bahalaşaraq 57,54 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi