Dünya Bankı Azərbaycanla karbon kvotalarının monetizasiyası imkanlarını müzakirə edəcək

Dünya Bankı Azərbaycanla karbon kvotalarının monetizasiyası imkanlarını müzakirə edəcək Dünya Bankı Azərbaycan hökuməti ilə karbon qazı emissiyalarının kvotalarının monetizasiyası imkanlarını müzakirə etməyi planlaşdırır.
Energetika
31 May , 2024 13:15
Dünya Bankı Azərbaycanla karbon kvotalarının monetizasiyası imkanlarını müzakirə edəcək

Dünya Bankı Azərbaycan hökuməti ilə karbon qazı emissiyalarının kvotalarının monetizasiyası imkanlarını müzakirə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının energetika üzrə baş mütəxəssisi Florian Kitt Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.

O bildirib ki, enerji keçidini daha əlçatan etmək üçün karbon vergiləri və karbon bazarları kimi bir çox vasitələr var: "Biz hökumətlə birlikdə Azərbaycan üçün optimal həll yolu tapmağa çalışırıq. Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində Azərbaycan iqtisadiyyatı üçün təsirli bir yanaşma inkişaf etdirməyi planlaşdırırıq. Layihənin uğurla həyata keçirilməsini təmin etmək üçün Azərbaycanın mövcud qanunvericiliyini nəzərə alacağıq".

Xatırladaq ki, AZURE layihəsinin ilkin hesablamalara görə, ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edəcək. Layihə çərçivəsində, birinci mərhələdə Dünya Bankı Neftçala rayonunda (315 MVt gücündə) və Biləsuvarda (445 MVt gücündə) ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının elektrik şəbəkəsinə inteqrasiyası üçün ötürücü infrastrukturu maliyyələşdiriləcək.

Son xəbərlər

Orphus sistemi