Fransa Senatının qəbul etdiyi qətnamədə Azərbaycanın neft-qaz ixracına embarqo qoyulması, birbaşa Fransa xalqının, o cümlədən Avropa İttifaqının (Aİ) maraqlarına zidd getməkdir.
“Report” xəbər verir ki, bunu deputat Cavid Osmanov Milli Məclisin plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı, qardaş Türkiyəyə də sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlər səslənir: "Bu gün Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynadığı bir halda və Avropa İttifaqının Azərbaycanı ən etibarlı tərəfdaş ölkə adlandırması fonunda Fransanın bu addımı birbaşa Azərbaycana qarşı deyil, Avropa İttifaqına qarşıdır".