“Dayazsulu Günəşli” yatağında yeni quyu istismara verilib

“Dayazsulu Günəşli” yatağında yeni quyu istismara verilib Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi tərəfindən istismar edilən “Günəşli” yatağında (dayazsulu) beynəlxalq standartların tələblərinə uyğun görülmüş qazma, tikinti və mənimsəmə işləri başa çatıb və yüksək debitli 29 nömrəli kəşfiyyat quyusu istismara verilib.
Energetika
8 Noyabr , 2017 11:03
“Dayazsulu Günəşli” yatağında yeni quyu istismara verilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi tərəfindən istismar edilən “Günəşli” yatağında (dayazsulu) beynəlxalq standartların tələblərinə uyğun görülmüş qazma, tikinti və mənimsəmə işləri başa çatıb və yüksək debitli 29 nömrəli kəşfiyyat quyusu istismara verilib.

“Report” bu barədə “Azneft” İB-yə istinadən xəbər verir.

Bildirilib ki, quyuda qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilib.

“Yataqda yeni istismara verilmiş 7 saylı dərin dəniz özülündən qazılan kəşfiyyat quyusunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, Qala lay dəstəsi-3 horizontunun 3 784-3 760 metr dərinlik intervalına süzgəclər açılıb. Mənimsəmə-sınaq işləri nəticəsində ilkin olaraq 30-50 ton arası kondensat və 200 min kubmetr qaz hasilatı ilə mənimsənilməyə başlanılıb", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi