Əhməd Davudoğlu: "TANAP-ı 2018-ci ildən daha tez tamamlamağı hədəfləyirik" - YENİLƏNİB

Əhməd Davudoğlu: "TANAP-ı 2018-ci ildən daha tez tamamlamağı hədəfləyirik" - YENİLƏNİB Bunu Türkiyənin baş naziri Bakıda bildirib
Energetika
3 Dekabr , 2015 17:40
Əhməd Davudoğlu: TANAP-ı 2018-ci ildən daha tez tamamlamağı hədəfləyirik - YENİLƏNİB

İlk xəbər saat 17:21-də verilib

Bakı. 3 dekabr. REPORT.AZ/ "Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsində hasil olunan təbii qazın Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu boru kəmərinin (TANAP) 2018-ci ildən daha tez tamamlanmasını hədəfləyirik".

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"TANAP kimi böyük bir layihə Azərbaycan və Türkiyənin dostluğu ilə həyata keçirilir. Layihəni nəzərdə tutulan 2018-ci ildən də tez başa çatdırmağı hədəfləyirik", - Türkiyənin hökumət başçısı vurğulayıb. 

***

"Artıq TANAP-ın hədəflənən müddətdən daha tez istismara verilməsi üçün razılığa gəldik. Bunun üçün gecə-gündüz çalışacağıq. Bu layihə qarşılıqlı güvənlə həyata keçirilir. TANAP layihəsi Avropanın daxili tarazlığına da təsir edəcək. Türkiyədən enerji nəqli ən etibarlı marşrutdur. Türkiyənin inkişafı Azərbaycanın inkişafı deməkdir", - Ə.Davudoğlu qeyd edib.

Son xəbərlər

Orphus sistemi