Bakı. 22 may. REPORT.AZ/ ''Darvin bankası” yatağında əlavə 8 quyunun qazılması üçün 740 saylı Stasionar Dəniz Özülündə yenidənqurma işləri aparılır.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb, texnoloji xətlər çəkilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər davam etdirilir.
Qeyd edək ki, əlavə qazılacaq quyuların hər birindən gündəlik 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.