Danimarka "Şimal axını-2" qaz layihəsinin icrasını ləngitməyə çalışır

Danimarka "Şimal axını-2" qaz layihəsinin icrasını ləngitməyə çalışır Bakı. 27 iyun. REPORT.AZ/ Danimarka Rusiyanın Şimal axını-2 qaz layihəsinin icrasını ləngitməyə çalışır.
Energetika
27 İyun , 2018 16:34
Danimarka Şimal axını-2 qaz layihəsinin icrasını ləngitməyə çalışır
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Danimarka Rusiyanın "Şimal axını-2" qaz layihəsinin icrasını ləngitməyə çalışır.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Danimarkanın baş naziri Lars Lükke Rasmussen ukraynalı həmkarı Vladimir Qroysmanla görüşdən sonra deyib.

Onun sözlərinə görə, Danimarka parlamentinə layihəyə veto qoymağa imkan verəcək qanunverici təşəbbüslər təqdim olunub.

"Mövqeyim ondan ibarətdir ki, bu layihənin geosiyasi, Avropa implikasiyası var və Danimarka bu məsələni tək başına həll edə bilməz. Buna görə də bu məsələni Ümumavropa səviyyəsinə qaldırmağı təklif edirəm", - deyə Rasmussen bildirib.

Son xəbərlər

Orphus sistemi