Yuxarı

D​ünya bazarında "Brent" markalı neft 2,5% ucuzlaşıb

2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı proqnozlaşdırılır

Bakı. 3 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,7%, yaxud 0,92 dollar ucuzlaşaraq 52,69 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,5% və ya 1,46 dollar ucuzlaşaraq 56,42 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 60 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi