Çində koronavirusun yayılması barədə xəbərlər neftin ucuzlaşmasına səbəb olub
Energetika
- 10 noyabr, 2022
- 05:41
Çində koronavirusun yenidən yayılması haqqında xəbərlər dünya bazarlarında neftin qiymətinin düşməsinə səbəb olub.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,05 % ucuzlaşaraq 1 bareli 92,59 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,07 % düşüb və 1 bareli 85,77 ABŞ dolları təşkil edib.
Məlumata görə, 32 milyondan çox insanın yaşadığı Çinin Çunsin meqapolisində koronavirusa yoluxanların sayı 753 nəfərə çatıb.
Bundan əlavə, treyderlər ABŞ Energetika Nazirliyinin həftə ərzində ölkədə neftin kommersiya ehtiyatlarının 3,9 milyon barel artması haqqında məlumatları qiymətləndirirlər. Bunun 2021-ci ilin iyul ayından sonra ən yüksək artım olduğu bildirilir.
Son xəbərlər
02:21
AK Serbiya rəhbərliyini məhkəmə-hüquq qanunlarının icrasını dayandırmağa çağırıb
Digər ölkələr01:57
Netanyahu Misirin hərbi potensialının artmasından narahatlığını bildirib
Digər ölkələr01:22
Çin peyklərin sıradan çıxarılması üçün silah hazırlayıb
Digər ölkələr01:01
Video
Qərbi Azərbaycan xronikası: Erməni ritorikasında yeni xətt açılıb
Daxili siyasət00:50
Ağ Ev: ABŞ Rusiya ilə strateji hücum silahları ilə bağlı yeni müqaviləni müzakirə edəcək
Digər ölkələr00:37
Ağ Ev: Uitkoff və Kuşner İran rəsmiləri ilə danışıqlar üçün Omana səfər edəcəklər
Digər ölkələr00:31
Tusk Seymin spikeri ilə əlaqələri kəsən ABŞ səfirini tənqid edib
Digər ölkələr00:15
Tramp Rusiya ilə strateji silahlar sahəsində yeni müqaviləni dəstəkləyib
Digər ölkələr00:03