Çin hökuməti Azərbaycana alternativ enerji üçün 3 mln. dollar civarında qrant ayırıb

Çin hökuməti Azərbaycana alternativ enerji üçün 3 mln. dollar civarında qrant ayırıb Direktor müavini: "Həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq"
Energetika
26 Avqust , 2017 12:13
Çin hökuməti Azərbaycana alternativ enerji üçün 3 mln. dollar civarında qrant ayırıb

Qobustan. 26 avqust. REPORT.AZ/ Çin hökuməti Azərbaycana 3 mln. ABŞ dolları civarında qrant ayırıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, həmin vəsaitə 300-ə qədər xüsusi avadanlıq alınacaq: "Əldə edilən razılığa əsasən, Çin hökuməti texniki yardım çərçivəsində fərdi evlərdə alternativ enerji stansiyalarının quraşdırılması üçün avadanlıqlar verəcək. Ümid edirik ki, gələn ilin əvvəlində həmin avadanlıqları əldə edəcəyik".

C.Məlikov bildirib ki, avadanlılqlar "bir ev, bir stansiya" layihəsi çərçivəsində istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi