Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər 98% tamamlanıb

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər 98% tamamlanıb Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin III rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə, tikinti və istismar sınaqları daxil olmaqla, bu işlərin 98%-i artıq tamamlanıb.
Energetika
20 Noyabr , 2017 13:49
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər 98% tamamlanıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin III rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə, tikinti və istismar sınaqları daxil olmaqla, bu işlərin 98%-i artıq tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda əsas kəmər xəttinin inşası işləri tamamlanmaq üzrədir - təqribən 419 km uzunluğunda borular artıq qaynaq edilib və 380 km boru xəndəyə endirilib və üstü örtülüb. Məlumata görə, planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb. Bundan əlavə, 6 hidro-sınaq bölməsində işlər bitib.

“Gürcüstan ərazisində əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Əsas kəmər xəttinin istismar sınaqları 90% bitib və 2017-ci ildə başa çatmaq planına uyğundur. Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri və istismar sınaqları davam edib. Birinci kompressor stansiyasında tikinti işləri 100%, istismar sınaqları isə 67% bitib. Bu obyekt 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. İkinci kompressor stansiyasında tikinti işləri 82% tamamlanıb. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) tikinti işləri 100%, istismar sınaqları isə təqribən 87% tamamlanıb. Bu obyekt 2017-ci ildə hazır olmaq planına uyğun irəliləyir”, - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi