Cənubi Qafqaz Boru Kəmərinə 9 ayda 785 mln. dollar xərclənib

Cənubi Qafqaz Boru Kəmərinə 9 ayda 785 mln. dollar xərclənib Kəmərin gündəlik orta ötürücülüyü illik müqayisədə 12% artıb
Energetika
18 Noyabr , 2016 14:48
Cənubi Qafqaz Boru Kəmərinə 9 ayda 785 mln. dollar xərclənib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü təqribən 20 mln. kubmetr qaz olub. 

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu ilin ilk 9 ayında boru kəmərinin gündəlik orta ötürücülüyü ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% çox olub. Hesabat dövründə boru kəməri ilə bağlı fəaliyyətlərə təqribən 21 mln. dollar (34% az) əməliyyat xərcləri və 764 mln.dollar (8,5% az) əsaslı xərclər sərf edilib.

Boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.

CQBK-nin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi