Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 13% artıb

Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 13% artıb Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Cənubi Qafqaz boru kəməri vasitəsilə 7 463,9 mln. kubmetr qaz nəql edilib.
Energetika
18 Dekabr , 2018 10:41
Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 13% artıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Cənubi Qafqaz boru kəməri vasitəsilə 7 463,9 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 20 919,1 mln. kubmetr qaz ötürülüb.

Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% artım müşahidə olunub. Qazın nəqlinin 35,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu ilin 11 ayında bu kəmərlə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 12,6% çox olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz nəql edilir.

Son xəbərlər

Orphus sistemi