Yuxarı
    Bağlamaq

    “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasının tarixi müəyyənləşib

    Məşvərət Şurasının növbəti iclasının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib

    Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasının keçirilmə vaxtı fevralın 23-nə təyin edilib.

    "Report"a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Məşvərət Şurasının növbəti iclasının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb. Məşvərət Şurasında iştirakçıların siyahısı müəyyənləşdirilərək, iclasda iştirak məqsədilə “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan ölkələrin (Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Albaniya və Bolqarıstan), eləcə də Balkan ölkələrinin energetika nazirlərinə, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçə, beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinə və digər maraqlı ölkələrin nümayəndələrinə dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasının proqram və gündəliyinin ilkin layihələri artıq tərtib olunub.

    Hazırda Azərbaycanın həmin ölkələrdəki səfirlikləri vasitəsilə bu istiqamətdə müvafiq işlər aparılır, iclasın proqram və gündəliyinin yekun variantlarının hazırlanıb razılaşdırılması ilə bağlı tədbirlər görülür.

    Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Şuranın işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi