Yuxarı

"Centrica" işçilərin ixtisarını davam edir

İşçilərin ixtisarı şirkətin Şotlandiya və İngiltərə bölmələrində də aparılacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ “Centrica” şirkəti (Böyük Britaniya) Avropadakı əməliyyatlarında çalışan 90 işçisini ixtisara salır. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 25 nəfər Şotlandiya, 24 nəfər isə İngiltərədə ixtisar olunacaq.

Eyni zamanda, gələcəkdə Norveçdə 13 vəzifənin azaldılması nəzərdə tutulur.

Şirkətin sözçüsü bildirib ki, tam məsləhətləşmələrdən sonra “Centrica”nın kəşfiyyat və hasilat bölməsi (“E&P”) heyətinin azaldılması ilə bağlı çətin, lakin vacib qərar verilib.

Xatırladaq ki, ötən ilin aprelində "Centrica" 3 000 işçinin ixtisar ediləcəyi ilə bağlı məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi