"Buzzard" yatağında işlərin dayanması neftin qiymətini 55 dollara yüksəldib

"Buzzard" yatağında işlərin dayanması neftin qiymətini 55 dollara yüksəldib Neftin qiymətində növbəti artım OPEC qərarına bağlıdır
Energetika
5 Aprel , 2017 16:31
Buzzard yatağında işlərin dayanması neftin qiymətini 55 dollara yüksəldib

Bakı. 5 aprel. REPORT.AZ/ ABŞ-da neft ehtiyatlarının azalması xəbəri ilə 54 dollar/barelə yüksələn "Brent" markalı neft indi də Böyük Britaniyanın "Buzzard" yatağında gözlənilmədən işlərin dayanması ilə 55 dollar/barelə çatıb. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə açıqlama "Trifecta" konsaltinq şirkətinin analitikləri tərəfindən verilib. Xəbərdə həmçinin bildirilir ki, "Buzzard" yatağında gündəlik 800 min barel "Forties" markalı neft hasil edilir, bu da "Brent" markalı neftin əsas komponenti hesab edilir.

"Report"un analitik qrupu bildirir ki, bu gün axşam ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi ölkədəki neft ehtiyatları barədə hesabatını açıqlayacaq ki, hesabatda ehtiyatların önəmli ölçüdə azalması gözlənilir. Belə olarsa, "Brent" markalı neftin qiyməti 56 dollar/barel səviyyəsinə yaxınlaşa bilər. Neft qiymətlərində növbəti yüksəliş üçün isə OPEC-in hasilatı azaltmaq barədə qərarını uzatmasını gözləmək lazım olacaq.

Son xəbərlər

Orphus sistemi