“Bursagaz” və “Kayserigaz”ın “SOCAR Turkey”ə təhvil-təslimi başa çatıb

“Bursagaz” və “Kayserigaz”ın “SOCAR Turkey”ə təhvil-təslimi başa çatıb Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” ve “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb.
Energetika
18 İyun , 2019 09:49
“Bursagaz” və “Kayserigaz”ın “SOCAR Turkey”ə təhvil-təslimi başa çatıb

Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisəsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” ve “Millenicom”un “SOCAR Turkey Enerji A.Ş.”yə satışı tamamlanıb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə,
bununla bağlı imzalanma mərasimində “SOCAR Turkey”in İdarə Heyətinin sədri Vaqif Əliyev, şirkətin icraçı direktoru Zaur Qəhrəmanov, “EWE AG” şirkətinin icraçı direktoru Stefan Dohler, bu şirkətin baş maliyyə inzibatçısı Volfgang Mücher ilə iki şirkətin rəhbər şəxsləri qatılıb. 2019-cu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət artıq STAR neft emalı zavodu, TANAP, “Petkim”, “SOCAR Terminal” və Petkim Külək Enerjisi Stansiyasının (KES) da daxil olduğu “SOCAR Turkey” in nəzdində fəaliyyət göstərəcək.

“Vaqif Əliyev “Bursagaz” ve “Kayserigaz”ın qrupa daxil olması ilə Türkiyədəki təbii qaz dəyər zəncirinin tamamlandığını bildirib və əlavə edib: “Türkiyə bazarına daxil olduğumuz gündən bəri fəaliyyət göstərdiyimiz sektorun dinamikasını və məhsuldarlığını nəzərə alaraq, bütün investisiyalarımızda inteqrasiyaya önəm verdik. 12 ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən isə təbii qazın topdansatışını həyata keçiririk. Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan və təbii qaz nəqlini təmin edən TANAP layihəsinin ən böyük tərəfdaşıyıq. Bu gündən etibarən “Bursagaz” və “Kayserigaz”ı “SOCAR Turkey” in strukturuna daxil edərək qazpaylanma sahəsində fəaliyyət göstərməyə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Bizə yeni qoşulan əməkdaşlarımıza “SOCAR ailəsinə xoş gəlmisiniz” demək istəyirəm”.
“Bursagaz” və “Kayserigaz” ilə birlikdə satın alınan şirkətlərin enerji sektorunda “SOCAR Turkey” in gücünü artıracağını bildirən V.Əliyev qeyd edib ki, SOCAR uzun illərdir Azərbaycanda və Tbilisi istisna olmaqla bütün Gürcüstanda qazpaylanma fəaliyyətini həyata keçirir: “Müştəri məmnuniyyətini ön plana çəkərək, bu sahədə təcrübəmizi Bursa və Kayseriyə də gətirəcəyik. Əməliyyat istiqamətlərimiz arasında təbii qaz xüsusi yer tutur. Bu istiqamətdə genişlənməyi düşünürük və imkanları bundan sonra da dəyərləndirməyə davam edəcəyik”.
Satın alınan şirkətlər arasında telekommunikasiya sektoruna aid “Millenicom”un da olduğunu xatırladan V. Əliyev bu şirkətin tikintisi TANAP ilə birlikdə davam edən 1.850 kilometrlik SOCAR Fiber layihəsi ilə sinerji yaradacağına əminliyini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi