Yuxarı

Bu ilin ilk rübündə 58 yaşayış məntəqəsinə qaz verilib

Hesabat dövründə ölkə üzrə 2 090 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbyacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2 090 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 125 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-mart aylarında 58 yaşayış məntəqəsi qazlaşdırılıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2016-cı illər) icrası istiqamətində “Azəriqaz” İB tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi