Bu ilin ikinci rübündə BTC ilə 347 min ton Qazaxıstan nefti nəql edilib

Bu ilin ikinci rübündə BTC ilə 347 min ton Qazaxıstan nefti nəql edilib ​​​​​​​Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti bu ilin ikinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istiqamətində neft tədarükünü 347,1 min tona çatdırıb
Energetika
5 İyul , 2023 09:59
Bu ilin ikinci rübündə BTC ilə 347 min ton Qazaxıstan nefti nəql edilib

Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti bu ilin ikinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istiqamətində neft tədarükünü 347,1 min tona çatdırıb.

Bu barədə “Report” “Kaztransoil” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2023-cü ilin ikinci rübündə "Kaztransoil" Xəzər dənizin Qazaxıstan sektorunda yerləşən "Tengiz" yatağından BTC neft kəməri istiqamətində Aktau limanında ixrac üçün 347,1 min ton neft göndərib”.

Bildirilir ki, birinci rübdə isə bu istiqamətdə şirkət “Tengiz”dən ixrac üçün 19,2 min ton neft göndərib.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi