Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 6 %-dən çox artıb

Energetika
  • 26 may, 2023
  • 08:15
Bu il Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 6 %-dən çox artıb

Bu ilin yanvar-aprel ayları ərzində Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 74,14 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 4,427 milyon barel və yaxud 6,35 % çoxdur.

Bu ilin aprel ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 19,329 milyon barel neft nəql edilib. Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 394 min barel və yaxud 2,08 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti