Bu il STAR neft emalı zavodu xam neft idxalını 11 % artırıb

Energetika
  • 01 may, 2023
  • 13:05
Bu il STAR neft emalı zavodu xam neft idxalını 11 % artırıb

Bu ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu 819 min 615 ton xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Məlumata görə, bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 19 min 247 ton və ya 2,3 % azdır. Bu, Türkiyəyə idxal edilən xam neftin 25,41 %-i deməkdir.

Bu ilin yanvar-fevral ayları ərzində SOCAR-ın Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu 1 milyon 786 min 344 ton xam neft idxal edib. Bu, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 180 min 037 ton və ya 11,2 % çoxdur.

2023-cü ilin fevral ayında Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən 2 milyon 017 min 438 ton xam neft idxal edilib. Bu, 2022-ci ilin fevral ayının göstərici ilə müqayisədə 328 min 051 ton və ya 14 % azdır.

Bu ilin yanvar-fevral aylarında Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən 4 milyon 273 min 284 ton xam neft idxal edilib. Bu, 2022-ci ilin iki ayının göstərici ilə müqayisədə 681 min 957 ton və ya 13,8 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 11 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti