Bu il neftin və qazın nəqlindən əldə ediləcək gəlirlər açıqlanıb

Bu il neftin və qazın nəqlindən əldə ediləcək gəlirlər açıqlanıb Bu, manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 15,8 % çox, 2020-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən isə 4 % çoxdur
Energetika
5 Yanvar , 2021 15:43
Bu il neftin və qazın nəqlindən əldə ediləcək gəlirlər açıqlanıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 12,9 milyon ABŞ dolları və ya 21,93 mln manat həcmində olması proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-in büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, bu, manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2,99 milyon manat və ya 15,8 % çox, 2020-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən isə 0,85 mln manat və ya 4 % çoxdur.

2021-ci ildə tranzit haqqı üzrə gəlirlərin artması bu il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.

Son xəbərlər

Orphus sistemi