Bu il əmtəəlik qaz hasilatı 9 %-dək artıb

Energetika
  • 16 noyabr, 2022
  • 09:12
Bu il əmtəəlik qaz hasilatı 9 %-dək artıb

Bu ilin yanvar-oktyabr aylarında 38 milyard 449,4 milyon kubmetr təbii qaz da hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 28 milyard 689,6 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 7,5 %, əmtəəlik qaz hasilatı isə 8,6 % artıb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 27 milyon 238,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 161,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı daha əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,4 % (əmtəəlik neftin həcmləri isə 5,5 %) azdır.