Bu il Ceyhan limanından 8 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bu il Ceyhan limanından 8 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb İndiyədək Ceyhan limanından dünya bazarlarına 328 mln. ton Azərbaycan nefti yola salınıb
Energetika
2 May , 2017 11:02
Bu il Ceyhan limanından 8 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bakı. 2 may. REPORT.AZ/ Bu ilin aprel ayı ərzində 2 085 526 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu həcmin 1 467 117 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 8 039 435 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il may ayının 1-ə qədər Ceyhan limanından 327 874 034 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi