Bu il Çexiya Azərbaycandan neft idxalını 27 % artırıb
- 17 sentyabr, 2024
- 11:14
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Çexiyaya 1 milyon 165 min 388,19 ton xam neft ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 738 milyon 773,01 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 %, dəyəri isə 39,3 % çoxdur.
Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 7,08 % olub.
Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 308 milyon 018,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.