Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 36 %-dən çox artıb

Energetika
  • 12 avqust, 2022
  • 08:30
Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 36 %-dən çox artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 20 milyon 935,3 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 2,8 % çoxdur.

Bu ilin yanvar-iyul ayları ərzində nəqletmənin 79,1 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ayları ərzində BTC vasitəsilə 16 milyon 559 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 7 ayı ilə müqayisədə 8,6 % çoxdur..

Dövr ərzində BTC kəməri ilə 2 milyon 614,4 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 7 ayının göstəricisi ilə müqayisədə 36,3 % çoxdur.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti