Bu il BTC ilə 22,6 mln. ton Azərbaycan nefti nəql olunub

Bu il BTC ilə 22,6 mln. ton Azərbaycan nefti nəql olunub Türkmənistan neftinin nəqli 2,1 dəfə artıb
Energetika
13 Noyabr , 2017 10:34
Bu il BTC ilə 22,6 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə 22 595 463 ton Azərbaycan nefti nəql olunub.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 2 268 672 tonu oktyabr ayında ötürülüb.

Bu ilin yanvar-oktyabr ayları ərzində BTC ilə ötürülən Azərbaycan neftinin həcmi ötən ilin müvafiq dövründən 7,4% az olub.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il noyabr ayının 1-dək BTC-yə 344 133 525 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 988 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin analoji ayından 2,1 dəfə çoxdur.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi