Bu il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 20 % artıb

Energetika
  • 17 iyun, 2022
  • 13:20
Bu il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 20 % artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 17 milyard 005,2 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,3 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 49,9 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 8 milyard 489,5 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 20,1 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti