Bu il Bakı-Ceyhan kəməri ilə 4 mln. tona yaxın tranzit nefti nəql edilib

Bu il Bakı-Ceyhan kəməri ilə 4 mln. tona yaxın tranzit nefti nəql edilib Bu kəmər vasitəsilə nəqletmənin ümumi həcmi isə 28,5 mln. ton olub
Energetika
17 Noyabr , 2016 11:58
Bu il Bakı-Ceyhan kəməri ilə 4 mln. tona yaxın tranzit nefti nəql edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 37 031,6 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% azalıb.

Nəqletmənin 77%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 28 519,3 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 2,4% azdır. Dövr ərzində BTC kəməri ilə 3,8 mln. ton (21% az) tranzit nefti də nəql edilib.

Son xəbərlər

Orphus sistemi