Bu il Azərbaycan xam neft və neft məhsullarının ixracını 2 %-ə yaxın azaldıb

Energetika
  • 16 noyabr, 2023
  • 06:28
Bu il Azərbaycan xam neft və neft məhsullarının ixracını 2 %-ə yaxın azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 268 min 798,30 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 13 milyard 785 milyon 636,21 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulların miqdarı 2022-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 1,83 %, dəyəri isə 19,76 % azalıb.

Azərbaycanın ümumi ixracında neft və neft məhsullarının payı 46,98 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti