Bu il Azərbaycanın ixrac etdiyi neftin 36 %-i İtaliyaya nəql edilib

Energetika
  • 19 may, 2023
  • 11:23
Bu il Azərbaycanın ixrac etdiyi neftin 36 %-i İtaliyaya nəql edilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 3 milyon 362 min 269,76 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 2 milyard 108 milyon 111,51 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk dörd ayının göstəriciləri ilə müqayisədə 23,1 %, dəyəri isə 30,7 % azdır.

Azərbaycandan İtaliyaya ixrac edilən "qara qızıl"ın ümumi neft ixracında payı 36,04 % olub.

Xatırladaq ki. bu ilin yanvar-aprel aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 9 milyon 235 min 906,05 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 5 milyard 715 milyon 409,95 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə