Bu il Azərbaycanda benzin və dizel istehsalı artıb

Bu il Azərbaycanda benzin və dizel istehsalı artıb ​​​​​​​Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 715,3 min ton həcmində avtomobil benzini istehsal edilib
Energetika
15 İyul , 2024 11:20
Bu il Azərbaycanda benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 715,3 min ton həcmində avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Ümumilikdə, bu ilin ilk yarım ilində Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 459,4 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 1,9 % çoxdur.

Bu ilin ilk 6 ayında ölkədə 1 milyon 157,8 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 0,3 % çoxdur.

Hesabat dövründə 32,8 min ton sürtkü yağları, 115 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 6 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 4,8 %, neft bitumunun istehsalı isə 3,3 % artıb.

Həmçinin, ilin yanvar-iyun aylarında ölkədə 93,7 min ton maye qazlar, 312,2 min ton ağ neft, 111,1 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 23,3 %, neft koksunun istehsalı 11,5 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 10,2 % artıb.

Bu ilin ilk yarım ili ərzində Azərbaycanda 1 min ton mazut istehsal edilib ki, bu da illik müqayisədə 75 % azdır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi