Bu il Azərbaycanda benzin istehsalı 10 % azalıb

Bu il Azərbaycanda benzin istehsalı 10 % azalıb Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 35 % azalıb
Energetika
19 May , 2021 17:02
Bu il Azərbaycanda benzin istehsalı 10 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd 198,8 mln manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 14 % azdır.

Hesabat dövründə 365,5 min ton həcmində avtomobil benzini, 776,8 min ton dizel yanacağı, 17,6 min ton sürtkü yağları, 67,6 min ton neft bitumu istehsal edilib.

Belə ki, bu ilin 4 ayı ərzində Azərbaycanda avtomobil benzini istehsalı 10 %, neft bitumunun istehsalı 14,8 % azalıb, dizel yanacağının istehsalı isə 0,6 %, sürtkü yağlarının istehsalı 91,3 % artıb.

Həmçinin, bu ilin ilk 4 ayında ölkədə 137,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,7 min ton ağ neft, 21,3 min ton yanacaq mazutu, 87,5 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 35 %, neft koksunun istehsalı 13,3 % artıb, ağ neftin istehsalı 20,3 %, yanacaq mazutunun istehsalı 27,1 % azalıb.

Son xəbərlər

Orphus sistemi