Qvineyada zibil yığınının sürüşməsi nəticəsində onlarla şəxs həlak olub
Digər ölkələr
- 24 avqust, 2026
- 05:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azı 30 nəfər Qvineyanın paytaxtı Konakridə baş vermiş zibil sürüşməsinin qurbanı olub.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, Konakriyə yağan güclü leysan "Dar-əs-Salam" adlı ən böyük şəhər zibilliyində toplanmış nəhəng məişət tullantıları dağını yuyub dağıdıb. Zibil kütləsi sürüşmə şəklində aşağı enərək ətəkdə yerləşən daxmaların və müvəqqəti tikililərin dağılmasına səbəb olub.
Hadisə nəticəsində azı 30 nəfər həlak olub, altı nəfər isə yaralanıb.
Hakimiyyət nümayəndələri fəlakət yerində axtarış-xilasetmə əməliyyatı hələ də davam etdiyi üçün ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Son xəbərlər
17:55
Nazirlər Kabineti məktəblərdə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydalarını təsdiqləyib
Digər
17:54
Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
Digər
17:50
Foto
Fərəh Əliyeva VI "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Daxili siyasət
17:45
Foto
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
Fərdi
17:45
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
İnfrastruktur
17:35
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Digər ölkələr
17:33
Foto
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:33
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Fərdi
17:33
Almaniya 9 ayda Azərbaycandan 600 min tondan çox neft alıb
Energetika