Bu il Azərbaycan polipropilen ixracından qazancını 10 % azaldıb

Energetika
  • 18 mart, 2022
  • 08:20
Bu il Azərbaycan polipropilen ixracından qazancını 10 % azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11,565 min ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 17,775 milyon ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 37,7 % və 10,1 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,85 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,3 % olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti