Bu il Azərbaycan polietilen ixracını 26 % azaldıb

Energetika
  • 21 iyul, 2022
  • 08:48
Bu il Azərbaycan polietilen ixracını 26 % azaldıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 48 min 301,5 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 68 milyon 720,35 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-iyun aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,4 % 9,1 % azdır.

2022-ci ilin yanvar-iyun ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,72 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,37 % olub.

Qeyd edək ki, ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti