Bu il Azərbaycan polietilen ixracından qazancını 5 %-dən çox artırıb

Bu il Azərbaycan polietilen ixracından qazancını 5 %-dən çox artırıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 38 min 386,5 ton ilkin formalarda polietilen ixrac edib
Energetika
19 May , 2022 12:10
Bu il Azərbaycan polietilen ixracından qazancını 5 %-dən çox artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 38 min 386,5 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 53 milyon 648,53 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-aprel aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,3 % az və 5,2 % çoxdur.

2022-ci ilin yanvar-aprel ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,56 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,45 % olub.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi