Bu il Azərbaycan polietilen ixracından qazancını 39 %-dək artırıb

Energetika
  • 18 mart, 2022
  • 08:49
Bu il Azərbaycan polietilen ixracından qazancını 39 %-dək artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 23 min 636 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 32,757 milyon ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-fevral aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,01 % az 38,7 % çoxdur.

2022-ci ilin yanvar-fevral ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 7,09 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracındakı payı 0,55 % olub.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.