Bu il Azərbaycan neft emalını təqribən 5 %-dən çox artırıb

Energetika
  • 13 dekabr, 2023
  • 10:36
Bu il Azərbaycan neft emalını təqribən 5 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 6 milyon tona yaxın neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-noyabr ayları üzrə operativ məlumatlarında deyilir.

Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 300 min ton və ya 5,26 % çoxdur.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti