Bu il Azərbaycan metanol ixracını cüzi artırıb

Energetika
  • 18 dekabr, 2023
  • 13:01
Bu il Azərbaycan metanol ixracını cüzi artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 450 min 058,72 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 81 milyon 409,64 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə müvafiq olaraq 0,39 % çox və 32,57 % azdır.

Metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,68 %, ölkənin ümumi ixracdakı payı 0,26 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti