Bu il Azərbaycan karbamid ixracından gəlirini 6 dəfə artırıb

Energetika
  • 31 avqust, 2022
  • 07:50
Bu il Azərbaycan karbamid ixracından gəlirini 6 dəfə artırıb

Bu ilin iyul ayında Azərbaycan 23,1 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

İcmala görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 10,4 milyon ABŞ dolları və ya 81,9 % çoxdur.

Bu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycan 121,9 milyon ABŞ dolları dəyərində karamid ixrac edib ki, bu da 2021-ci ilin 7 aylıq göstəriciləri ilə müqayisədə 101,6 milyon ABŞ dolları və ya 6 dəfə çoxdur.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti