Bu il Azərbaycan karbamid ixracından gəlirini 10 dəfədən çox artırıb

Energetika
  • 30 dekabr, 2021
  • 10:39
Bu il Azərbaycan karbamid ixracından gəlirini 10 dəfədən çox artırıb

Bu ilin noyabr ayında Azərbaycan 23,6 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.

Məlumata görə, 2020-ci ilin noyabr ayında Azərbaycan karbamid ixracını həyata keçirməyib.

Bu ilin yanvar-noyabr aylarında isə Azərbaycan 93,4 milyon ABŞ dolları dəyərində karamid ixrac edib ki, bu da 2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 84,4 milyon ABŞ dolları və ya 10,38 dəfə çoxdur.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.