Bu il Azərbaycan dizel istehsalını 17 % azaldıb

Energetika
  • 14 dekabr, 2022
  • 13:51
Bu il Azərbaycan dizel istehsalını 17 % azaldıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 693,5 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 5,3 % azdır.

Hesabat dövründə 1 milyon 159,5 min ton həcmində avtomobil benzini, 1 milyon 855,5 min ton dizel yanacağı, 38,6 min ton sürtkü yağları, 327 min ton neft bitumu istehsal edilib.

Belə ki, 11 ay ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 1,8 % artıb, neft bitumunun istehsalı 5,8 %, dizel yanacağının istehsalı 17,1 %, sürtkü yağlarının istehsalı 26,6 %, azalıb.

Həmçinin, bu ilin yanvar-noyabr ayları ərzində ölkədə 267,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 513,3 min ton ağ neft, 77,1 min ton yanacaq mazutu, 187,5 min ton neft koksu istehsal edilib.

Son bir ildə Azərbaycanda neft-kimya sənayesində istifadə üçün benzin istehsalı son bir ildə 27,9 %, neft koksunun istehsalı 20,2 % azalıb, yanacaq mazutunun istehsalı 30 %, ağ neftin istehsalı 16,6 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsinin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur. Layihəyə əsasən 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti