Bu il Azərbaycan Çexiyaya neft ixracından qazancını 38 %-ə yaxın artırıb

Energetika
  • 22 noyabr, 2024
  • 09:14
Bu il Azərbaycan Çexiyaya neft ixracından qazancını 38 %-ə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Çexiyaya 1 milyon 433 min 820,82 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 900 milyon 833,03 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 31,6 %, dəyəri isə 37,8 % çoxdur.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,97 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti