Bu həftə TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
- 16 dekabr, 2024
- 05:36
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 16-da qaz tədarükü üçün 377 milyon 869 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,46 % çoxdur.
Kipoi çıxış nöqtəsindən dekabrın 10-dan 15-dək qaz tədarükü üçün 346 milyon 019 min 867 kVt/saat həcmində sifariş alınıb. Bu, dekabrın 10-dan 13-nə olan sifariş həcmi ilə müqayisədə 8,43 % azdır. Dekabrın 14-nə və 15-nə olan göstəriciləri ilə müqayisədə isə 8,42 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 16-dan 22-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 16-dan 22-dək qaz tədarükü üçün 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftəyə olan sifariş göstəriciləri ilə müqayisədə isə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 16-da 314 milyon 852 min 315 kVt/saat həcmində sifariş alınıb. Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,09 % azdır.
Dekabrın 17-dan 22-dək bu çıxış nöqtəsindən 286 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, dekabrın 10-na olan sifariş həcmi ilə müqayisədə 9,43 % azdır. Bu həcmlər dekabrın 11-dən və 13-na qədər olan sifariş həcmləri ilə müqayisədə isə 8,56 % azdır. Bu həcmlər dekabrın 14-nə və 15-na qədər olan sifariş həcmləri ilə müqayisədə isə 8,85 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.