Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) təmir-profilaktika işləri və avadanlıqlara texniki qulluq üçün fəaliyyəti müvəqqəti dayandırılır.
“Report” xəbər verir ki, bu barədə “Petkim”in Türkiyənin Kamu Aydınlatma Platformasında yerləşditrilmiş elanda bildirilib.
“Zavodun fəaliyyəti sentyabrın 5-dən iki aya qədər dayandırılacaq. 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə olaraq zavodda əsaslı təmir işləri aparılacaq”, - məlumatda vurğulanıb.
STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon ton təşkil edir.
SOCAR zavodun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.