Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq

Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq Bu gün səhər saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Energetika
10 Sentyabr , 2019 10:13
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq

Bu gün səhər saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, gün ərzində “Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.

Son xəbərlər

Orphus sistemi