Yuxarı

Bu gün Azərbaycanın bəzi rayonlarında qaz olmayacaq

Ucar, Oğuz, Şəmkir rayonları, Tağıyev, Giləzi, Yeni Yaşma, Sitalçay, Zarat, Sahil qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün saat 18:00-dək Ucar və Oğuz rayonları, eləcə də Tağıyev, Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Azərbaycan Dövlət Nerft Şirkətindən (SOCAR) "Report"a verilən məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Semzavod", "Böyükşor", "Sumqayıt", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Ucar", "Oğuz" və "Yaqublu", Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir" qazpaylama stansiyalarında aparacağı təmir işləri ilə əlaqədardır.

Təmir müddətində aparılan işlərin Şəmkir rayonu və Qaradağ rayonu Sahil qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi