BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 7 %-dən çox azalıb

Energetika
  • 18 yanvar, 2022
  • 12:09
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 7 %-dən çox azalıb

2021-ci il ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 35 milyon 018 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki 2020-ci ilə nisbətən 0,86 % çoxdur.

Ötən il nəqletmənin 75,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ili ərzində BTC vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb. Bu isə 2020-ci illə müqayisədə 3,85 % azdır.

Ötən dövr ərzində BTC kəməri ilə 3 milyon 598,4 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 7,41 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Equinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); INPEX (2,5 %), ExxonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti